ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Hazırda havaların yağmursuz keçməsi səbəbindən sürüşmənin olub-olmayacağını dəqiq demək mümkün deyil. Lakin bəzi ərazilərdə tikinti aparan şirkətlərin diqqətsizliyi səbəbindən torpaq sürüşməsi riski yarana bilər.
Ekoloq Ənvər Əliyev BAKU.WS-ə bildirib ki, dayanıqlığını itirmiş sahələrdə əvvəlcə zəlzələ baş verir, daha sonra isə torpaq sürüşməsi müşahidə olunur.
Ekoloq xatırladır ki, Azərbaycanda il ərzində xeyli sayda zəlzələ qeydə alınır, hətta bəzi kiçik zəlzələlər rəsmi olaraq qeyd olunmaya bilər. Bu səbəbdən sürüşmə riskinin yüksək olduğu ərazilərin müəyyənləşdirilməsi vacibdir.
Hazırda riskli ərazilər sırasında Oğuz-Qəbələ yolu, Böyük Qafqazın cənub yamacı, Bakı şəhəri və ətrafı (Teleqüllə, Lökbatan, Suraxanı), Qəbələ, Ağsu, Şamaxı, Quba, Xaçmaz, Lerik və Yardımlı rayonları qeyd olunur. Xüsusilə Ağsu dolayları və Şamaxı zəlzələ riski ilə bağlı diqqət mərkəzindədir.
Ekoloq qeyd edir ki, zəlzələ riski olan zonalarla torpaq sürüşməsi zonaları arasında birbaşa əlaqə mövcuddur. Ona görə də tikinti və ərazi planlaşdırılması zamanı bu amillər nəzərə alınmalıdır.


Şahanə Xankişiyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.