Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə ABŞ-nin xüsusi nümayəndəsi Keyt Kelloqla mümkün görüşə hazırlığı müzakirə etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, o, bu barədə Kiyevdə Norveçin baş naziri Jonas Qahr Store ilə birgə brifinq zamanı bildirib.
ABŞ və Ukrayna rəsmilərinin bu həftə potensial təhlükəsizlik zəmanətləri ilə bağlı görüşəcəyi gözlənilir.
Bundan əvvəl Ukrayna prezidenti atəşkəsin Rusiya prezidenti Vladimir Putinlə potensial görüşün yaxşı nəticəsi olacağını bildirmişdi. O qeyd edib ki, əks halda gələcək danışıqlarda uğuru təsəvvür etmək çətindir.
Ukrayna lideri həmçinin bildirib ki, Ukrayna və ABŞ Rusiya ilə danışıqlar üçün Amerika qrupunun tərkibinə dair razılığa gəliblər. Qrupa ABŞ dövlət katibi Marko Rubio , Amerika liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff və vitse-prezident J.D.Vens daxildir.
Aminə Şahsuvarqızı