AZ

Ukraynada müharibə altı aya bitə bilər - ABŞ

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Rusiya və Ukrayna arasında tərəflərin artıq “əhəmiyyətli güzəştlərə” getməsi fonunda müharibə təxminən altı ay ərzində başa çata bilər.

Vensin sözlərinə görə, Vaşinqton hələ də sülh danışıqlarında vasitəçilik edə biləcək əsas oyunçulardan biridir.

“Ruslar bizim xoşumuza gəlməyən bir çox hərəkətlər ediblər və biz mülki itkiləri dərhal pisləmişik. Lakin etiraf etməliyik ki, prezident Tramp Rusiya üzərinə Co Baydendən daha çox təzyiq göstərmişdi,” –  o qeyd edib.

Vitse-prezident əlavə edib ki, ABŞ Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq üçün iqtisadi rıçaqlardan, o cümlədən Hindistan vasitəsilə tətbiq edilən ikinci dərəcəli tariflərdən istifadə edir. Eyni zamanda, Vens Ukraynaya Amerika qoşunlarının göndərilməyəcəyini təsdiqləyib.

Gülnar 

Seçilən
0
anews.az

1Mənbələr