AZ

Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Flora Holland” MMC (VÖEN- 1405674931) olub.

Yeniavaz.com xəbər verir ki, nazirlik tenderin qalibi olan şirkətdən 88 min 888 manat 88 qəpik dəyərində güllər və əklillər alacaq.

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Flora Holland” MMC-nin qanuni təmsilçisi Seyidzadə Rəhim Vaqif oğludur. Hüquqi ünvanı Nəsimi rayonu, Mərdanov qardaşları ev. 102, m. 28-də yerləşən MMC-i 2021-ci ildə dövlət qeydiyyatına alınıb.

Bu müsabiqədə diqqət çəkən məqamlardan biri tender müsabiqəsinin dəyərinin eyni rəqəmlərdən (“zerkalnı”) ibarət olmasıdır.Elnur Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
yeniavaz.com

3Mənbələr