AZ

Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı 166 mini keçdi


Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 166,2 min nəfərə yaşa görə müavinət təyin olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yaşa görə müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 min nəfər və ya 9,3% artıb.
Qeyd edək ki, 2019-cu ilin eyni dövründə yaşa görə müavinət alanların sayı 68 min nəfər olub və son 7 ildə onların sayı 2,4 dəfə artıb.
Son 7 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği belə olub:
1 iyul 2019-cu il – 68 min nəfər (aylıq müavinət 73 manat);
1 iyul 2020-ci il – 98,7 min nəfər (130 manat);
1 iyul 2021-ci il – 109,2 min nəfər (130 manat);
1 iyul 2022-ci il – 124,1 min nəfər (180 manat);
1 iyul 2023-cü il – 137,6  min nəfər (220 manat);
1 iyul 2024-cü il – 152,1 min nəfər (220 manat);
1 iyul 2025-ci il – 166,2 min nəfər (220 manat).


Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 64-dür.

Elnur Əli
Seçilən
0
2
yeniavaz.com

3Mənbələr