Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.
Hurriyyet az. xəbər verir ki, "The Guardian" nəşrinin yhazdığına görə, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Ukraynanın Londondakı səfiri olan Valeri Zalujnı prezident seçkilərində iştirakını mümkün hesab edir. Ona yaxın adamların sözlərinə görə, general İsraili müdafiəyə yönəlmiş ölkə nümunəsi hesab edir.
Nəşr yazır ki, Zalujnı özünü Çerçill kimi "qan, tər və göz yaşlarının qarşılığında millətin xilasını" vəd edən, "hərbi dövrün sərt rəhbəri kimi" göstərməyə hazırdır.
Yazıda qeyd edilir ki, intriqaya baxmayaraq, siyasətçilər, fəallar və biznesmenlər Londona onun yanına gedirlər. Onların arasında Trampın keçmiş müşaviri Pol Manafort da olub - Zalujnı onun müşavirlik xidməti təklifini rədd edib. Andrey Yermak isə onu Zelenskinin komandasına daxil olmağa inandırmağa çalışıb, lakin general bu təklifi rədd edib, sadəcə. müharibə dövründə prezidenti tənqid etməyəcəyini vəd edib.
"The Guardian" nəşri Zelenski ilə Zalujnı arasındakı köhnə gərginliyi xatırladıb: Rusiyanın hücumundan iki gün əvvəl general ilə müdafiə naziri Reznikov hərbi vəziyyət tətbiq etməyi təklif eləsələr də, prezident panika yaranmasından ehtiyat edib. Nəticədə, fikir ayrılığı qalıb, Zalujnının populyarlığı artmağa davam edib, sonra, 2024-cü ilin fevralında onun istefasına səbəb olub.
Hürr Tərcüman
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.