AZ

Suriya Prezidenti 58 il sonra BMT-də çıxış edəcək

Bu barədə Suriyanın Xarici İşlər Nazirliyinin adı çəkilməyən rəsmi nümayəndəsi "Agence France-Presse" (AFP) xəbər agentliyinə məlumat verib. O, dövlət başçısının gözlənilən çıxışı barədə digər hər hansı təfərrüatı açıqlamayıb.

"Beləliklə, Əhməd Əş-Şərəənin Baş Assambleyada çıxışı reallaşarsa, bu, 1967-ci ildən bəri həmin tədbirdə nitq söyləyən ilk Suriya Prezidenti kimi tarixə düşəcək",– nümayəndə vurğulayıb.

Xatırladaq ki, keçən il 8 dekabrında Suriyada 24 illik Bəşər Əsəd rejimi müxalif qüvvələrin üsyanı nəticəsində devrilib. Eyni zamanda, 53 illik Əsəd ailəsi diktaturası, habelə Suriyada1963-cü ildə iqtidara gəlmiş Bəəs Partiyasının hakimiyyəti başa çatıb.

BMT Baş Assambleyasında 1967-ci ildə nitq söyləyən ilk Suriya Prezidenti isəNurəddin Əl-Ətasiidi.

Firudin Həmidli
AzVision.az
Seçilən
1
2
azvision.az

3Mənbələr