Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu barədə Suriyanın Xarici İşlər Nazirliyinin adı çəkilməyən rəsmi nümayəndəsi "Agence France-Presse" (AFP) xəbər agentliyinə məlumat verib. O, dövlət başçısının gözlənilən çıxışı barədə digər hər hansı təfərrüatı açıqlamayıb. "Beləliklə, Əhməd Əş-Şərəənin Baş Assambleyada çıxışı reallaşarsa, bu, 1967-ci ildən bəri həmin tədbirdə nitq söyləyən ilk Suriya Prezidenti kimi tarixə düşəcək", – nümayəndə vurğulayıb. Xatırladaq ki, keçən il 8 dekabrında Suriyada 24 illik Bəşər Əsəd rejimi müxalif qüvvələrin üsyanı nəticəsində devrilib. Eyni zamanda, 53 illik Əsəd ailəsi diktaturası, habelə Suriyada 1963-cü ildə iqtidara gəlmiş Bəəs Partiyasının hakimiyyəti başa çatıb. BMT Baş Assambleyasında 1967-ci ildə nitq söyləyən ilk Suriya Prezidenti isə Nurəddin Əl-Ətasi idi. Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.