AZ

İsrail Dəməşqin cənubunda xüsusi əməliyyat keçirir

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az “Syria TV” telekanalına istinadən xəbər verir ki, İsrail ordusunun (ÇAXAL) 60 əsgəri bu gün səhər saatlarında Beyt-Can bölgəsinə daxil olaraq, Hermon dağının yamacındakı Batt əl-Varda yüksəkliklərini ələ keçirdikdən sonra orada müşahidə məntəqəsi qurublar. Əvvəllər Beyt-Canda Fələstin fraksiyaları və şiə birləşmələri fəaliyyət göstərirdi. Orada sonuncu təmizləmə iyunun 28-də baş tutub. Avqustun 22-də isə İsrail qüvvələrinin mexanikləşdirilmiş patrul dəstələri Abdin (Dərəa əyaləti) və Əl-Əcrəf (Əl-Kuneytra əyaləti) şəhərlərində yol qovşaqlarında bloklar quraraq, radikal təşkilatlara mənsub olmaqda şübhəli bilinən bir neçə nəfəri saxlayıblar. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
azvision.az

1Mənbələr