Hurriyyet portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Hurriyyet.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ilə Rusiya Prezidenti ladimir Putin telefonlda danışıblar.
Putin amerikalı həmkarı Donald Tramp ilə Alyaskada keçirdiyi görüşün nəticələri barəsində Pezeşkiana məlumat verib.
Bu barədə Kremlin mətbuat xidməti açıqlama verib.
Açıqlamada deyilir: "Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Söhbət zamanı Vladimir Putin Rusiya ilə Amerika arasında Anxoricada keçirilmiş yüksək səviyyəli görüşün əsas nəticələri barəsində məlumat verib.
Həmçinin, İranın nüvə proqramı və Cənubi Qafqaz regionunda hadisələrin inkişafı barəsində məsələlər də müzakirə edilib".
Energetika və nəqliyyat sahələrində Rusiya ilə İran arasındakı əməkdaşlıqdan da danışıldığı qeyd edilir.
Kremldən verilən məlumata görə, tərəflər Çində keçiriləcək ŞƏT sammitində görüşmək barədə razılığa gəliblər.
Hürr Tərcüman
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.