AZ

Bu gün "Şamaxı" Qəbələdə yoxlama oyununa çıxacaq

Bu gün "Şamaxı" yoxlama oyunu keçirəcək.

Fanat.Az-ın məlumatına görə, dünən Misli Premyer Liqasının 2-ci turu çərçivəsində öz meydanında "Sabah"a 1:2 hesabı ilə uduzan "aslanlar" Qəbələdə sınaq matçına çıxacaqlar.

Ayxan Abbasovun çalışdırdığı kollektiv 1-ci Liqa təmsilçisi "Şəfa" ilə üz-üzə gələcək. Oyun saat 17:00-da başlayacaq. 

Xatırladaq ki, "Şəfa" avqustun 20-dən Qəbələdə təlim-məşq toplanışındadır. Bakı təmsilçisi avqustun 28-də bölgədəki hazırlığını tamamlayaraq paytaxta qayıdacaq.

Nihat

Seçilən
1
1
fanat.az

2Mənbələr