AZ

Bu ilin 7 ayında xarici bazarlara 313 milyon dollar dəyərində meyvə ixrac olunub

Bakı.Trend:

2025-ci ilin ilk 7 ayı ərzində ölkəmizdə meyvə bağlarınınsalınmasına ümumilikdə 43,7 milyon manat subsidiya verilib.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətləəlaqələr və informasiya təminatı şöbəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda bağçılığa dövlət dəstəyininartırılması, müasir standartlara uyğun intensiv bağlarınsalınmasının subsidiyalaşdırılması rəqabətədavamlı kənd təsərrüfatıməhsullarının istehsal və ixracının artmasına müsbət təsiredir.

Ötən illər ərzində yürüdülən meyvə bağlarınınsubsidiyalaşdırılması siyasəti bütün istiqamətlər üzrə özünüdoğruldub. Ölkədə müasir intensiv bağların sahəsi genişlənib,müasir suvarma sistemlərinin tətbiqinə maraq artıb, su və torpaqresurslarından səmərəli istifadə səviyyəsi yüksəlib, ən əsasıxarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracında ciddiartım qeydə alınıb. Bu nəticələr subsidiyalaşmaya ayrılan dövlətvəsatinin dəfələrlə çox miqdarda səmərəli geri dönüşünün təminolunması deməkdir.

İntensiv bağçılığın dövlət tərəfindən subsidiyalaşdırılması iləölkəmizdən xarici bazarlara meyvə ixracının artması arasındabağlılıq mövcuddur. 2020-2024-cü illərdə Aqrar Subsidiya Şurasıtərəfindən meyvə bağlarının salınmasına ümumilikdə 171,3 min manatəkin subsidiyası ayrılıb. Qeyd olunan dövrdə ölkəmizdən xaricibazarlara təxminən 2,22 milyard manat dəyərində meyvə ixrac edilib.2020-2024-cü illərdə meyvə ixracının dəyəri bu sahənindəstəklənməsi üçün ayrılan subsidiyaların həcmindən 13 dəfə çoxdur.Müasir intensiv meyvə bağları 2-ci ildən bara düşməyə başlayır,3-4-cü illərdə artıq həmin bağlardan ciddi miqdarda məhsulyığılaraq daxili və xarici bazarlarda realizə edilir. Yəni, 2020-cuildə salınmış meyvə bağlarından artıq 2022-ci ildən ciddi həcmdəməhsul yığılmağa başlayır. Bu səbəbdən ayrılan subsidiyalarınhəcminin meyvə ixracının artımı şəklində geri dönüşü təxminən 2-3ildən sonra özünü göstərir.

Bu fikri 2020-2024-cü illər üzrə subsidiya və meyvə ixracatırəqəmlərinin iki illik periodlarda təhlili təsdiqləyir. Məsələn,2020-cu ildə intensiv meyvə bağlarının salınmasına dövləttərəfindən 30 milyon manata yaxın subsidiya ayrılıb, iki il sonra2022-ci ildə ölkəmizdən meyvə ixracının həcmində əvvəlki illəmüqayisədə 38,7 mln. manat (+8,7 mln. manat) artıb. Eyni qaydada2021-ci ildə intensiv bağlara 33,8 milyon manat subsidiya verilib,2023-cü ildə meyvə ixracında 65 milyona manata yaxın (+31mln.manat) artım qeydə alınıb. Yəni, intensiv meyvə bağlarınınsubsidiyalaşdırılması müqabilində meyvə ixracı dəfələrlə artır vəbağların salınmasına ayrılan dövlət vəsaiti bağlar bara düşdükdənsonra dəfələrlə artıq miqdarda geri dönür.

Cədvəldən də göründüyü kimi, son beş il ərzində intensivmeyvəçiliyin inkişafına ayrılan subsidiyaların miqdarı 28%, meyvəixracı isə 41% artıb. Artım göstəriciləri arsındakı nisbət intensivbağçılığın inkişafına yönəlmiş dövlət dəstəyi siyasətinin düzgünmüəyyən olunduğunu, ayrılan subsidiyaların artan ixracat formasındasəmərəli geri döndüyünü təsdiqləyir.

Subsidiyaların əlavə dəyər yaradılması baxımından səmərəli geridönüşünü meyvəçilik sahəsi ilə yanaşı, tərəvəzçilik, taxılçılıq vəkənd təsərrüfatının digər sahələrində də görmək mümkündür.

İntensiv meyvə bağlarının salınmasına dövlət dəstəyiningücləndirilməsinin meyvə ixracatının artımına müsbət təsiritendensiyası 2025-ci ildə də davam edib. Bu ilin yanvar-iyulaylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici bazarlaraqoz-fındıq ixracı 33,1%, sitrus meyvələri ixracı 54%, alma, armudvə heyva ixracı 53,6%, ərik, albalı, gilas, şaftalı ixracı 33%, narixracı 37,7%, digər meyvələrin ixracı isə 76,2% artıb.

2025-ci ilin ilk 7 ayı ərzində ölkəmizdə meyvə bağlarınınsalınmasına ümumilikdə 43,7 milyon manat subsidiya verilib. Bu ilinyanvar-iyul ayları ərzində xarici bazarlara təxminən 313 milyondollar dəyərində meyvə ixrac olunub. Bu dövrdə meyvə ixracınındəyəri 7 ay ərzində bu sahənin subsidiyalaşdırılmasına ayrılanməbləğdən 7,2 dəfə çoxdur. Bu rəqəmlər ayrılan subsidiyalarınməbləğinin geri dönüş səviyyəsinin kifayət qədər yüksək olduğunugöstərir.

Aqrar Subsidiya Şurasının 2024-cü il avqust qərarına əsasən,ötən ilin 1 sentyabr tarixindən bu il mayın 31-dək dağlıq vədağətəyi ərazilərdə salınan fındıq bağlarının hər hektarına 4400manat, qoz bağlarının hər hektarına 3300 manat, nar bağlarının hərhektarına 3000 manat, limon və kinkan bağlarının hər hektarına11600 manat, naringi və portağal bağlarının hər hektarına 9600manat, şaftalı və ərik bağlarının hər hektarına 4000 manat, almabağlarının hər hektarına 11000 manat, armud bağlarının hərhektarına 8000 manat, gilas bağlarının hər hektarına 10000 manatbirdəfəlik əkin subsidiyası verilir. Bundan başqa növbəti 4 ilərzində bu bağların hər hektarına görə fermerlərə hər il 800 manatəkin subsidiyası verilir.

Qeyd olunan meyvələr üzrə intensiv bağların salınmasının artıqbir neçə ildir dövlət tərəfindən subsidiyalar ayrılması şəklindədəstəklənməsi həm xarici bazarlarda rəqabətədavamlı meyvəistehsalının artmasını, həm də ixracın həcm və dəyər olaraqyüksəlməsini təmin edir.

Seçilən
37
4
az.trend.az

10Mənbələr