Mövsümün sonuncu "Böyük Dəbilqə"si olan US Open ötən gün start götürüb.
Offsideplus.az xəbər verir ki, burada 4 dəfə çempion olan Novak Cokoviç ilk turda ABŞ-lı Lerner Tyenlə qarşılaşıb. Cokoviç rəqibinə şans verməyib - 6:1, 7:6 (3), 6:2.
Günün ən maraqlı qarşılaşması isə yeganə "Böyük Dəbilqə"sini (2021) burada qazanan Daniil Medvedev və fransalı Benjamen Bonzi arasında keçib.
B. Bonzi ilk iki seti aktivinə yazdırıb - 6:3, 7:5.
Medvedev geri dönüş etməyi bacarıb - 7:6 (5), 6:0.
Həlledici setdə fransalı tennisçi qələbə qazanmağı bacarıb - 6:4.
D. Medvedev üçün bu mövsüm çox uğursuz alınıb. O, 4 "Böyük Dəbilqə" turnirində yalnız 1 qələbə qazana bilib.
Qeyd edək ki, US Open sentyabrın 7-nə qədər davam edəcək.