AZ

"Arsenal"ın vingeri uzun müddətə sıradan çıxdı

"Arsenal"ın vingeri Bukayo Saka uzun müddətə sıradan çıxıb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, o, 4 həftə komandasına kömək edə bilməyəcək.

23 yaşlı cinah hücumçusu Premyer Liqanın 2-ci turu çərçivəsində "Lids"i darmadağın etdikləri oyunda (5:0) zədələnib.

Bu isə o deməkdir ki, Saka çempionatın növbəti turunda "Liverpul"a qarşı mübarizə aparmayacaq. Ön xətt oyunçusu İngiltərə yığmasının dünya çempionatının seçmə mərhələsində Andorra və Serbiya ilə matçlarını da buraxacaq.

Nihat

Seçilən
0
1
fanat.az

2Mənbələr