AZ

Putin Pezeşkiyanla danışıb

Bu barədə Kremlin mətbuat xidmətixəbəryayıb. Bildirilib ki, Vladimir Putin avqustun 15-də ABŞ Prezidenti Donald Trampla Alyaskada baş tutan görüşü, aparılan danışıqların əsas nəticələri haqqında həmkarını məlumatlandırıb. Məsud Pezeşkiyan Ukrayna müharibəsinin sülh yolu ilə həllinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini vurğulayıb.

Tərəflər həmçinin qarşılıqlı əlaqələr, o cümlədən energetika və nəqliyyat sahələrində əməkdaşlıqla əlaqədar fikir mübadiləsi aparıblar. İranın nüvə proqramı ətrafındakı cari vəziyyətə, Cənubi Qafqazda baş verən proseslərə də toxunulub.

Prezidentlər təsdiqləyiblər ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə sadiqdirlər. Onlar, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək sammitində görüşmək barədə razılığa gəliblər.

Firudin Həmidli
AzVision.az
Seçilən
1
azvision.az

1Mənbələr