AZ

Balların kəskin artması növbəti il üçün çətinlik yaradacaq - PROQNOZ

Bu il ali məktəblərə qəbul imtahanlarında keçid ballarının gözləniləndən daha yüksək olması bir çox abituriyent və valideyn üçün narahatlıq doğurdu. Bəzi ixtisaslar üzrə rekord həddə çatan keçid balları, bir çox tələbənin arzularından uzaq düşməsinə səbəb oldu.

Bu vəziyyət təkcə bu ilin abituriyentlərini deyil, gələn il imtahana hazırlaşacaq şagirdləri və onların ailələrini də düşündürür.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Murad qeyd edib ki, Dövlət İmtahan Mərkəzi buraxılış fənlərinin imtahanını keçirdiyi zaman müəyyən bir rahat sistem qurulur:

166577

“Bu da abituriyentlərin yüksək bal toplamasına səbəb olur. Bal toplamasında problem yoxdur, amma bu vəziyyət nəyə gətirib çıxarır? Buraxılış fənlərində artıq o balansı qorumaq üçün bir fəndən və ya hər iki fəndən suallar çətin olur. Çətin deyəndə, sualların içərisində incə məqamlar, ikili cavablar çox olur. Bu il üçüncü qrupda, xüsusilə tarix fənnində biz də şahid olduq ki, nə dərəcədə qarışıq suallar vardı.

Belə olan halda da abituriyentlər buraxılış fənlərini yüksək səviyyədə yaza bilmirlər. Yaza bilməyəndə, buraxılışdan 100 balı keçə bilməyəndə, blokdan yığılan bal ilə birlikdə ümumi balı 200-250, hətta 300 olan abituriyentlər görünür. Həmin abituriyentlər 150 ballıq ixtisasları yazırlar. Nəticədə 150-200 bal arası toplayan abituriyentlər sistem tərəfindən kənarda qalır, çünki sistem yüksək ballı abituriyenti seçir. Bu da valideynlər və abituriyentlər arasında narazılığa səbəb olur.

Qaldı digər məsələyə, bu il üçüncü və dördüncü qruplarda, hətta beşinci qrupda da (xüsusilə qabiliyyət tələb etməyən ixtisaslarda) balların kəskin artması növbəti il üçün çətinlik yaradacaq. Çünki bu il ixtisasların balları 80-90 bala qədər artdı. Bu o deməkdir ki, növbəti il abituriyent bilmir nə gözləyir onu, amma onun qarşısında artıq yüksək bir bal həddi var. Ona görə də daha gərgin şəkildə çalışmalı olacaq. İmtahanların asan və ya çətin olması balanslaşdırılmalıdır”.

Bu il birinci qrupda balların düşməsi oradakı abituriyentlər üçün müəyyən rahatlıq yaratdı

“Amma növbəti il bu dəyişə bilər. Suallar asan olsa, yüksək bal toplayanların sayı artacaq və nəticədə keçid balları yenə qalxacaq. Bu isə keçən ilin balına əsaslanaraq planlaşdırma edən abituriyent üçün ciddi problem yaradacaq.

Dövlət İmtahan Mərkəzi bu iki imtahan formasını müqayisə edib, balanslı sistem qurmalıdır. Nə buraxılış imtahanında çox asanlıq yaradılmalı, nə də blok imtahanında suallar həddindən artıq çətinləşdirilməlidir. Bu ikisini tənzimləyərək vahid və ədalətli bir sistem formalaşdırmaq lazımdır ki, həm bal məsələsi nizama düşsün, həm də sağlam rəqabət mümkün olsun”.

Seçilən
8
azedu.az

1Mənbələr