AZ

Qəzadan sonra komaya düşən yeniyetmə 6 ay sonra vəfat etdi - FOTO

Altı ay bundan öncə Biləsuvar rayonunda avtomobil qəzasına düşən 14 yaşlı yeniyetmə vəfat edib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 1-də Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus "Niva" avtomobilində idarəetməni itirib, yol kənarındakı işıq dirəyinə çırpılıb və sonra avtomobil aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin 2011-ci il təvəllüdlü Tunar Əlizadə xəsarət alıblar. Hər iki yaralı təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.

Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapalı kəllə-beyin travması alan Tunar Əlizadə daha sonra ixtisaslaşmış xəstəxanalardan birinə göndərilib. O, 6 ay komatoz vəziyyətdə olub və bu gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Seçilən
53
13
avtosfer.az

10Mənbələr