AZ

​​​​​​​Gəlin qayınana və ərini bıçaqladı - Gəncədə AİLƏ FACİƏSİ

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, Daşkəsən rayon sakini 55 yaşlı N.Paşayeva və onun oğlu O.Paşayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ana və övladı əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, N.Paşayevanı və onun oğlu O.Paşayevi gəlinləri bıçaqlayıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A. Məmmədova saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tural Əhmədov

Seçilən
0
unikal.az

1Mənbələr