AZ

Ukraynalılara daha bir müttəfiq ölkədən zərbə – Qərar açıqlandı

  Polşa Prezidenti Karol Navroçki işsiz Ukrayna vətəndaşlarına sosial müavinətlər və tibbi yardımı nəzərdə tutan qanuna veto qoyduğunu açıqlayıb.

Referans  xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Navroçki bildirib ki, son 3 ildə ölkədə vəziyyət dəyişib:

“İndi yalnız işləyən vətəndaşlar hər uşaq üçün aylıq 800 zloti (təxminən 200 dollar) ödəniş üçün müraciət edə bilərlər. Müharibə başlayandan sonra Ukraynadan Polşaya bir neçə milyon qaçqın gəlib. Həmin vaxt ölkə parlamenti bütün qaçqınlara bir sıra güzəştlər verən qanun qəbul edib. Xüsusilə, bu, pulsuz tibbi xidmətə, eləcə də bir sıra sosial müavinətlərə aiddir”.

 
Ölkə başçısı əlavə edib ki, Ukraynadan olan işsiz qaçqınlar Səhiyyə Fonduna ödəniş etmirlər, lakin Polşa vətəndaşları ilə müqayisədə imtiyazlı vəziyyətdədirlər:

“Ona görə də işsiz ukraynalılar artıq pulsuz tibbi xidmətdən məhrum olacaqlar”.

Qeyd edək ki, bundan əvvəl ABŞ ilk ukraynalıları ölkədən deportasiya edib.  

Seçilən
6
1
referans.az

2Mənbələr