AZ

Xlorla çirklənən Azərbaycan neftinə yeni alıcı tapılıb?


Ceyhan terminalından yola çıxan və Azərbaycan nefti ilə yüklənən “Delta Blue” tankeri Portuqaliya sahillərində bir ay dayandıqdan sonra yeni istiqamət üzrə yola çıxıb.
Yeniavaz.com
“Marine Traffic”ə istinadən xəbər verir ki, “Delta Blue”nun yeni təyinat məntəqəsi İtaliyanın Sardiniya adasındakı Saros neft emalı zavodu terminalıdır.
Tankerin avqustun 27-də ora çatacağı gözlənilir.
Məlumat üçün bildirək ki, Azərbaycan nefti ilə yüklənən “Delta Blue” tankerinin Portuqaliya sahillərində  dayanmasının səbəbi neftin xlorla çirklənmə ehtimalı və müştərilərin nefti qəbul etməkdən imtina etməsi olub.
Ehtimal edilir ki, xlorla çirklənmiş neftə yeni alıcı tapılıb. Mütəxəssislər bildirirlər ki, çirklənmiş neft istifadəyə yararsız deyil, sadəcə, onu yüksək keyfiyyətli xammalla müəyyən nisbətdə qarışdırmaq lazımdır ki, xlorid səviyyəsi normaya endirilsin.
Xatırladaq ki, iyulun sonunda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən Azərbaycan neftində üzvi xlorid çirklənməsi aşkar edilmişdi. Bu barədə ilk dəfə “Bloomberg” agentliyi məlumat yayıb (https://www.yeniavaz.com/az/news/251176/azerbaycan-neftinde-avadanliqlara-zerer-vere-bilecek-uzvi-xloridler-askar-olunub-bloomberg). Daha sonra Böyük Britaniyanın “BP” şirkəti bu barədə açıqlma yayıb (https://www.yeniavaz.com/az/news/251180/bp-azerbaycan-nefti-barede-yayilan-informasiyaya-aydinliq-getirib).
Onu da bildirək ki, Azərbaycan neftinin hansı şəraitdə çirklənməsi ilə bağlı bu günə kimi rəsmi açıqlama verilməyib.

Murad Məmmədov
Seçilən
0
2
yeniavaz.com

3Mənbələr