ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Baş prokuroru İqor Krasnov Rusiya Ali Məhkəməsinin sədri vəzifəsinə namizədliyini irəli sürüb.
Bakupost.az xəbər verir ki, bununla bağlı sənəd artıq Ali Məhkəmənin Ali Keyfiyyət Kollegiyasına təqdim edilib.
Məlumatı kollegiyanın sədri Nikolay Timoşin açıqlayıb.
Bildirilir ki, avqustun 25-də İqor Krasnov rəsmi şəkildə Ali Məhkəmənin sədri postuna namizədliyini irəli sürüb.
Hazırda müraciətə baxılması və qərarın qəbul ediləcəyi tarix barədə əlavə məlumat verilməyib.
Ayxan,
BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.