ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Çeçenistanın rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov “Çeçenistan Respublikasının Müdafiəçisi” medalı ilə təltif olunub.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Ramzan Kadırov öz Telegram kanalında paylaşıb.
Qeyd olunur ki, II Açıq Taktiki Atıcılıq Çempionatının qaliblərinin mükafatlandırılıma mərasimində medal təqdim edilib.
“Qaliblərin və çempionat iştirakçılarının təltif mərasiminə Çeçenistan Respublikası rəhbərinin köməkçisi, Təhlükəsizlik Şurasının katibi və Vladimir Vladimiroviç Putinin adına Rusiya xüsusi təyinatlılar universitetinin kuratoru Adam Kadırov da qatılıb. Adam Kadırov Çeçenistan Daxili İşlər Naziri Aslan İrasxanovun əlindən ‘Çeçenistan Respublikasının Müdafiəçisi’ medalını alıb”, – deyə Kadırov bloqunda yazıb.
Ayxan,
BakuPost
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.