“Arsenal”ın polşalı futbolçusu Yakub Kivior London klubundan ayrılmaq istədiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, “Porto” 25 yaşlı müdafiəçi üçün gələn həftə “topçular”a rəsmi transfer təklifi göndərəcək.
“Transfermarkt” portalı Kivioru 28 milyon avro dəyərində qiymətləndirir. Futbolçunun menecerinin yaxın günlərdə Portuqaliya təmsilçiləri ilə görüşəcəyi gözlənilir.