"Neftçi" basketbol komandası daha bir legionerin transferini reallaşdırıb.
Bu barədə Fanat.Az-a paytaxt təmsilçisindən məlumat verilib.
Xorvatiyalı oyunçu Toni Perkoviç növbəti mövsümdə "ağ-qaralar"ın formasını geyinəcək.
27 yaşlı müdafiəçi 2016–2019-ci illərdə Xorvatiyanın tanınmış "Cedevita"da çıxış edib. O, həmçinin karyerası ərzində "Split" və "Orlean" klublarının da uğurları üçün çalışıb. Son mövsümü isə İtaliyanın "Forli" klubunda keçirib.
Qeyd edək ki, Toni Perkoviç Xorvatiya millisinin heyətində də çıxış edib.