AZ

Vyetnamda “Kadziki” qasırğasına görə 325 min adam təxliyə olunur  

“Channel News Asia” telekanalı xəbər verir ki, Vyetnam hökuməti sürətlə yaxınlaşan “Kadziki” qasırğası ərəfəsində 325 mindən çox insanın təxliyə edilməsinə göstəriş verib və bir neçə hava limanında fəaliyyəti dayandırıb.

Hakimiyyət orqanları beş sahil vilayətinin sakinlərini təxliyə edir. Bu rayonlardakı məktəblər və ictimai binalar müvəqqəti sığınacaqlara çevrilib.

Vyetnam Mülki Aviasiya İdarəsinin məlumatına görə, Thanh Hoa və Quang Binh əyalətlərində iki hava limanı bağlanıb. Vyetnam Hava Yolları və Vietjet bölgəyə və bölgədən onlarla reysləri ləğv edib.

Meteoroloqların məlumatına görə, küləyin sürəti 166 km/saata çatan tayfun Vyetnamın mərkəzi sahillərinə yaxınlaşır. 

Tayfunun yolundakı bütün balıqçı gəmiləri limanlara geri çağırılıb.

Vyetnam hökuməti “Kadziki”nin ötən ilin sentyabrında ölkəni vuran, təxminən 300 nəfərin ölümünə və təxminən 3,3 milyard dollar ziyana səbəb olan “Yagi” tayfunu qədər güclü ola biləcəyini bildirib.

Fırtınanın mərkəzinin Vyetnamın şimalındakı Thanh Hoa və Nqhe An əyalətləri arasında olacağı gözlənilir.

“Channel News Asia” bildirib ki, “Kadziki” bu il Vyetnamı vuran beşinci qasırğadır.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
57
azerbaijan-news.az

1Mənbələr