AZ

Ən hazırlıqlı abituriyentlər IV ixtisas qrupuna üstünlük verir

Təxminən 4500 nəfər iştirakçı arasında 50 faizdən çoxu 500-dən artıq bal toplayıb. Ən hazırlıqlı abituriyentlər isə əsasən IV ixtisas qrupuna üstünlük verirlər.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə İTV-nin “Xəbərimiz var” verilişində bildirib.

“Plan yerləri dövlət tərəfindən müəyyən olunur. Biz həmin yerlərin sayını artıra bilmirik, qəbul yalnız mövcud plan çərçivəsində aparılır. Təəssüf ki, elə hallar olur ki, abituriyent 600-dən yuxarı bal toplasa da, ali təhsil müəssisəsinə qəbul ola bilmir. Bu isə reallıqla barışmalı olduğumuz bir vəziyyətdir”, - deyə Xanlar Xanlarzadə vurğulayıb.

Seçilən
11
azedu.az

1Mənbələr