AZ

Sosial Xidmətlər Agentliyi daha 26 məhkumun qiymətləndirməsini aparıb

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası məqsədilə daha iki cəzaçəkmə müəssisəsində görüşlər keçirib.

Aldığımız məlumata görə, Penitensiar xidmətin Umbakı penitensiar kompleksində və İxtisaslaşdırılmış müalicə müəssisəsində cəza müddətinin sonuna az qalmış məhkumlarla keçirilən görüşlərdə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumatlar verilib. Cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası məqsədilə aparılan işlər qeyd edilib.

Vurğulanıb ki, həmin şəxslərin ailələrinə səfərlər təşkil olunur, aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq onlar sosial-psixoloji, həmçinin digər sosial xidmətlərə cəlb edilirlər.  

Qeyd olunan cəzaçəkmə müəssisələrinə həyata keçirilən başçəkmələr zamanı cəzasının başa çatmasına üç ay müddət qalmış 26 məhkumun qiymətləndirilməsi aparılıb. Həmin şəxslər azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.

Bu görüşlər Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında imzalanmış birgə tədbirlər planına uyğun olaraq davamlı həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
2
xalqqazeti.az

3Mənbələr