AZ

Polşa ukraynalı qaçqınlara yardım paketindən imtina edir

Polşa Prezidenti Karol Navrotçki ukraynalı qaçqınlar üçün nəzərdə tutulan sosial yardımla bağlı qanunundan imtina edib. 

“Cebheinfo.az” xəbər verir ki, avqustun əvvəlindən vəzifəsinin icrasına başlayan Prezident bununla bağlı açıqlamasında bildirib.

O, deyib ki, Səhiyyə Fonduna töhfə verməyən Ukrayna vətəndaşları Polşa vətəndaşları ilə müqayisədə böyük imtiyazlara sahibdirlər:

“Ona görə də mən Ukrayna vətəndaşlarına bu formada yardım haqqında qanunu imzalamamışam". 

Bu münasibət Polşa ilə Ukrayna arasında münasibətlərə təsir edəcək addımlardan biridir. 

Çünki Ukrayna qaçqınları əsasən ölkənin şərqindən – Rusiyanın işğal etdiyi ərazilərdəndir. Onlar iş və yaşayış yerlərini itirdiklərinə və həmin ərazilər faktiki Rusiyanın nəzarətində olduğundan Polşaya gediblər.

Polşanın yeni Prezidenti isə sələfindən fərqli olaraq, Rusiya ilə münaisbətlərin yumşalmasının tərəfdarlarından sayılır. Lakin onun bu addımı Polşa Seymi və hökumət tərəfindən tənqid olunub.

Bu da Polşada hakimiyyətin müxtəlif qolları arasında böhrana səbəb olan amil kimi dəyərləndirilir.

Bu qarşıdurma Prezident və hökumət arasında baş verən ilk qarşıdurma deyil.

Bundan əvvəl də Prezident hökuməti kəskin tənqid edib. Baş nazir Donald Tusk isə yeni prezidenti hökumətin işinə “qarışmamağa” çağırıb.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr