ain.az, Bakupost portalına istinadən məlumat yayır.
Sabah Cenevrədə İran, Fransa, Britaniya və Almaniya arasında keçiriləcək görüş Tehran üçün son açıq pəncərədir.
Bakupost.az -ın məlumatına görə, adı açıqlanmayan yüksək rütbəli Fransa rəsmisi “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, bu görüş BMT-nin sanksiyalarının tam bərpası ilə nəticələnə biləcək “tətik mexanizmi” işə düşməzdən əvvəl İranın son şansıdır.
Fransa rəsmisi sanksiyaların bərpası üçün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü arasında konsensus tələb olunmadığını və Rusiya ilə Çinin bu prosesi veto edə bilməyəcəyini bildirib. O əlavə edib ki, sanksiyaların bərpası üçün bütün şərtlər mövcuddur və bu addımı heç nə dayandıra bilməz.
Diplomat həmçinin vurğulayıb ki, İran və ABŞ arasında birbaşa danışıqların yaxın gələcəkdə bərpa olunması real görünmür.
Aysel,
BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.