AZ

Böyükşor şossesində avtoqəza olub, xəsarət alanlar var

Böyükşor şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, yük avtomobili BMW markalı minik maşını ilə toqquşub. Zərbənin gücündən yük avtomobili aşıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
16
2
report.az

9Mənbələr