AZ

Dövlət büdcəsi 2025-ci ilin ilk yarısında 2,7 milyard manat profisitlə icra olunub

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19 milyard 803,8 milyon manat, xərcləri isə 17 milyard 95,6 milyon manat təşkil edib. Nəticədə 2 milyard 708,2 milyon manatlıq profisit yaranıb ki, bu da ümumi daxili məhsulun (ÜDM) 4,4 faizinə bərabərdir. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Vergi daxilolmalarının strukturuna əsasən, gəlirlərin 20,1 faizi hüquqi şəxslərin mənfəət vergisi, 22,5 faizi əlavə dəyər vergisi (ƏDV), 5,0 faizi fiziki şəxslərin gəlir vergisi, 4,6 faizi xarici iqtisadi fəaliyyət üzrə vergilər, 3,9 faizi aksizlər, 1,0 faizi sadələşdirilmiş vergi, 1,5 faizi digər vergilər, 41,4 faizi isə vergi olmayan gəlirlər hesabına formalaşıb.

2025-ci ilin ilk yarısında hüquqi şəxslər dövlət büdcəsinə 3 milyard 977 milyon manat vergi ödəyiblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 151 milyon manat və ya 3,9 faiz artım deməkdir. 2024-cü ilin ilk altı ayında bu göstərici 3 milyard 826 milyon manat təşkil etmişdi.

Gülnar 

Seçilən
6
anews.az

1Mənbələr