AZ

Dünyanın 10 tanınmış universitetinə təqaüdlə qəbul olan Şəki məktəblisi kimdir?

Bu il Şəki Şəhər Kimya-Biologiya Təmayüllü Liseydən məzun olan Bacıxanım Yaşarlı dünyanın bir sıra universitetlərindən təqaüdlə qəbul alıb.

Referans xəbər verir ki, bu barədə Bizim.Media-nın yerli bürosuna uğur hekayəsi ilə gündəm olan Bacıxanım məlumat verib.

Bacıxanım Yaşarlının sözlərinə görə o, Türkiyənin Koç universitenin sənaye və kompüter mühəndisliyi (25% endirim), Bilkent Universitetinin Sənaye mühəndisliyi (20% endirim), Sabancı Universitetinin Kompüter elmləri və mühəndisliyi (40% endirim), Çinin Çin Elektron Elm və Texnologiyalar Universitetinin Software Engineering, Azərbaycanın ADA universitetinin İnformasiya Texnologiyaları, və Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının (YTB) təsis etdiyi "Türkiyə Bursları” proqramının üstün başarı bursu ilə Orta Doğu Teknik Üniversitesi(ÖDTÜ)dən dəvətlər alıb.


Bacıxanım əlavə edib ki, bu universitetlərdən 1440 SAT, 88 TOEFL və 7.5 IELTS nəticələri və iştirak etdiyi bir sıra layihələr, hakatonlar nəticəsində qəbul almağı bacarıb.

Belə ki, sözügedən hakatonlara və layihələrə SAF2022(STEAM Azerbaijan Festival) hakaton kateqoriyası bürünc medal, ITi Zeka hakatonu, International Conference of Career Essentials by Bahcesehir University, Basics of Project Mangement(Berlin), AEGEE Youth Forum, GenderHub Azerbaijan tərəfindən təşkil olunan "DigitALL: Innovasiya və rəqəmsallaşdırmada gender bərabərliyi" kimi təlim və konfranslar da daxildir.


Qeyd edək ki, Bacıxanım Yaşarlı eyni zamanda ”Gəzən Beyinlər” adlı Xaricdə Təhsil Podcastının qurucularından biridir.

Bununla yanaşı BMT-in 2014-cü ildə yaranmış "HeforShe” həmrəylik hərəkatının "HeforShe Azerbaijan” üzvlərindəndir.

Seçilən
3
4
referans.az

5Mənbələr