AZ

Yeni tədris ilindən metroda hansı dəyişiklər olacaq?

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yeni tədris ilinin başlanması ilə paytaxtda nəqliyyat sistemində sıxlığın artacağı gözlənilir.

Məktəbli, tələbə və işə gedənlərin metrodan daha çox istifadə etməsi səbəbindən hər il stansiyalarda və vaqonlarda sıxlıq müşahidə edilir.

Bəs yeni dərs ilində metroda sıxlıq necə tənzimlənəcək?

"Bakı Metropoliteni" QSC-dən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni tədris ilinin açılması ilə bağlı hazırlıq işləri davam edir:

“Bakı metropolitenində yeni tədris mövsümünün başlanması ilə əlaqədar hazrlıq işləri planlaşdırılmış qaydada davam etdirilir. İctimaiyyətə cari ilin may ayında verilmiş məlumata əsasən, Bakı metropolitenində 2009-cu ildən sonra ilk dəfə intervalların azaldılmasına nail olunub.

Sıxlığın qismən tənzimlənməsi, sərnişin məmnunluğunun daha da artırılması baxımından bu addımlar müsbət nəticə verib. Hazırda qatarların hərəkət qrafikinin payız-qış mövsümünə uyğun qurulması ilə bağlı işlər yekun mərhələsindədir.

Bununla yanaşı, yeni mövsümdə müxtəlif qurum, müəssisə və təşkilatların iş rejimi ilə bağlı məlumatların toplanması və emal edilməsi, paytaxtın mobillik planlarında, digər ictimai nəqliyyat vasitələrinin fəaliyyətindəki mümkün dəyişikliklər də diqqətdə saxlanılır”.

Qeyd olunub ki, payız üçün metroda texniki hazırlıq və personal təlimi aparılır:

“Payız mövsümünün başlanması ilə əlaqədar metropoliten infrastrukturunda texniki və insan resursları baxımından hazırlıq tədbirləri görüləcək. Qatarlarla yanaşı, mütəmadi olaraq eskalatorların, ventilyatorların iş rejimləri, sərnişinə xidmət avadanlıqları və sistemləri nəzarətdə saxlanılır və bu istiqamətlərdə işlər və monitorinqlər planlı şəkildə davam etdirilir.

Payız mövsümün, o cümlədən yeni tədris ilinin tələb və xüsusiyyətləri nəzərə alınmaqla, infrastruktur və metropolitendən istifadə qaydaları, yönləndirilmə, səmti rahatlıqla müəyyən etmə və digər məqamlarla bağlı sərnişinlə birbaşa ünsüyyətdə olan işçi personalının hazırlığı və təlimatlandırılması zamanında yekunlaşdırılacaq”.

Gülər

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr