ain.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ-nin Karib dənizinə üç hərbi gəmi göndərmək qərarından sonra, Venesuela Prezidenti Nikolas Maduronun çağırışı ilə yüzlərlə insan Milli Bolivarçı Milis Gücünə könüllü olaraq yazıldı.
"Cebheinfo.az" xəbər verir ki, paytaxt Karakasda məmurlar, evdar qadınlar və təqaüdçülər də daxil olmaqla yüzlərlə insan milis gücünə qoşulmaq üçün növbəyə durdu.
Maduro milli müdafiə sisteminə qoşulan vətəndaşların “ərazi bütövlüyünün təminatı” olduğunu bildirərək, Milli Bolivarçı Milis Gücünə qoşulmanın uğurla həyata keçirildiyini və xalqın ABŞ gəmilərinə qarşı böyük vətənpərvərlik nümayiş etdirdiyini vurğulayıb.
O, ABŞ-ni ölkəsində rejim dəyişikliyi üçün terrorçu və hərbi metodlara əl atmaqda ittiham edib. ABŞ tərəfindən dəstəklənən sağ müxalifətin lideri Mariya Korina Maçado isə xalqı “Maduronun çağırışına məhəl qoymamağa” çağırıb.
Kolumbiya Prezidenti Qustavo Petro isə “Narkotik qaçaqmalçılığı ilə mübarizə, hərbi işğal üçün bəhanə kimi istifadə olunur” deyərək əlavə edib:
“Əgər amerikalılar Venesuelanı işğal etməklə problemlərini həll edəcəklərini düşünürlərsə, böyük bir yanılğı içindədirlər. Belə bir halda Venesuela Suriyaya bənzər bir vəziyyətə düşər və bununla birlikdə Kolumbiyanı da bu vəziyyətə sürükləyərlər”.
Nigar Hacılı
"Cebheinfo.az"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.