AZ

Pezeşkian 3+3 formatını Cənubi Qafqaz üçün ən effektiv mexanizm adlandırıb

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) danışıqlar Cənubi Qafqazda problemlərin həlli üçün daha səmərəli mexanizmə çevriləcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu fikri İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

"İnanıram ki, İran və Rusiyanın iştirakı ilə "3+3" formatında danışıqlar Qafqaz regionunun problemlərinin həlli üçün daha effektiv və səmərəli mexanizmə çevriləcək", - deyə Pezeşkianın mətbuat xidməti onun sözlərini sitat gətirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
2
oxu.az

10Mənbələr