AZ

Nazir sürət həddini aşdı: cərimə yazıldı – VİDEO

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğluna Ankara-Niğde avtomobil yolunda radar cəriməsi yazılıb.

Editor.az  oxu.az-a istinadən bildirir ki, bu barədə Abdulkadir Uraloğlu öz “X” hesabında paylaşım edib.

Nazir Ankara-Niğde yolunda avtomobil idarə edərkən görüntülərini paylaşıb. Uraloğlunun paylaşımında avtomobilin sürətinin 225 km/saata çatması diqqət çəkib. Bu sürət pozuntusundan sonra ona magistral jandarma tərəfindən radar cəriməsi kəsilib.

“Ankara-Niğde magistral yolunun hazırkı vəziyyətini yoxlamaq üçün sükan arxasına keçdim. Bu əsnada fərqində olmadan sürət həddini qısa müddətlik də olsa keçmişəm. Müvafiq video ilə də özümü ələ vermiş oldum. Sürət həddinə riayət etmək hər kəs üçün məcburi haldır. Magistral jandarmamız tərəfindən də lazımi intizam tədbirləri görülüb. İctimaiyyətə bildirmək istəyirəm ki, bundan sonra daha diqqətli davranacağam”, – deyə nazir paylaşımda yazıb.

Əldə edilən məlumata görə, Abdulkadir Uraloğlu sürət həddini 50 faizdən çox keçdiyi üçün 9 267 lirə (təxminən 384 manat) cərimələnib.

Seçilən
15
1
editor.az

2Mənbələr