ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ millisinin futbolçusu Covanni Reyna Almaniyada klubunu dəyişib.
"Cebheinfo.az" xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Dortmund "Borussiya"sından Mönhenqladbaxın eyniadlı komandasına keçib.
Onun müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Covanni Reyna ötən mövsüm Dortmund komandasında 26 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
"Cebheinfo.az"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.