AZ

Bakıda FACİƏ: Xalasının evinə oğurluğa girdi, HƏR KƏSİ ÖLDÜRÜB ÇIXDI / VİDEO

2022-ci il noyabrın 29-da Bakı şəhərinin Buzovna qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

Referans xəbər verir ki, 83 yaşlı Elburus Muradov evinin həyətində ölü tapılıb, həyat yoldaşı Şahirə Muradova və ruhi xəstəlikdən əziyyət çəkən oğlu Rahil Muradov isə evin içində ağır xəsarətlərlə aşkarlanıb.

Hadisə yerində bıçaq, taxta dəyənək və qanlı əlcəklər tapılıb.

Məlum olub ki, hadisədən təxminən 20 gün əvvəl eyni ünvanda oğurluq baş verib, lakin cinayət açılmayıb. İstintaq hər iki cinayətin 46 yaşlı Nofəl Səfərov tərəfindən törədildiyini müəyyən edib.

O, keçmiş həyat yoldaşının anası və xalası olan Şahirə Muradovadan qisas almaq məqsədilə Buzovnaya gələrək əvvəlcə Elburus Muradovu, sonra isə Şahirə Muradovanı və Rahil Muradovu amansızlıqla döyüb və bıçaqlayıb.

N.Səfərov həmçinin evə gələn 25 yaşlı Elburus Ağalarova da xəsarət yetirərək hadisə yerindən qaçıb.

Məhkəmə-tibbi ekspertizaya görə, qurbanlar beyin travması və daxili qanaxma nəticəsində həyatlarını itiriblər. Rahil Muradov həmin gün xəstəxanada, Şahirə Muradova isə iki gün sonra həyatını itirib.

Məhkəmədə təqsirini inkar edən Nofəl Səfərovun günahı istintaq zamanı verdiyi etirafları, şahid ifadələri və maddi sübutlarla təsdiqlənib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin yeddi maddəsi ilə təqsirli bilərək ömürlük azadlıqdan məhrum edib.


Daha ətrafı video:



Seçilən
1
referans.az

1Mənbələr