Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Futbol üzrə ABŞ millisinin yarımmüdafiəçisi Covanni Reyna Almaniyada iş yerini dəyişib.
Fanat.Az xəbər verir ki, 22 yaşlı futbolçu Dortmund "Borussiya"sından Mönhenqladbax "Borussiya"sına transfer olunub.
Məlumatı sözügedən klubların mətbuat xidmətləri yayıb. Reyna müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, orta xətt oyunçusu ötən mövsüm Dortmund təmsilçisinin heyətində bütün turnirlərdə 26 matça çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.