AZ

"Ölkədə müəllim sayı azalır, amma ehtiyat kadr kifayət qədərdir"

Ölkədə faktiki olaraq bəzi statistik göstəricilərin azalması bəzi təhsil müəssisələrində aparılan rasionallaşdırma və optimallaşdırma prosesləri ilə bağlıdır. Sertifikasiya prosesində də bəzi müəllimlərin müvafiq imtahan və müsabiqədən keçməməsi nəticəsində belə vəziyyətlər ortaya çıxır. Amma ümumilikdə müəllimlərin sayının azalması reallığı əks etdirmir.

Bu fikirləri təhsil ekperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bildirib.

166576

Kifayət qədər ehtiyat pedoqoji kadr var

"Hazırda ölkədə kifayət qədər ehtiyat kadr mövcuddur. Təxminən 55-60 mindən çox ehtiyat pedaqoji kadr var. Hər il də bu istiqamət üzrə qəbul həyata keçirilir, pedaqoji fakültələrdən məzun olan gənclər əmək bazarına daxil olur və müəllim kimi fəaliyyət göstərirlər.

Qarşıdakı illərdə də müəyyən say göstəricilərinin azalması gözlənilə bilər. Bunun səbəbi bəzi təhsil müəssisələrinin şagird sayının azlığı səbəbindən birləşdirilməsi və rasionallaşdırma tədbirlərinin aparılmasıdır. Bu proses də müəllimlərin say göstəricilərinə təsir edir".

Müəllimliyə maraq azalmayıb

"İxtisasa marağın azalmasına gəlincə, belə bir tendensiya müşahidə edilmir. Hələ də pedaqoji ixtisaslara maraq göstərən, müəllim olmaq istəyən abituriyentlər var. Lakin gələcəkdə əmək bazarında müəyyən ixtisaslara daha çox tələbatın yaranması pedaqoji sahəyə seçimin nisbətən azalmasına təsir göstərə bilər. Bu isə sadəcə plan yerləri ilə bağlı olacaq. Məsələn bu gün 500 nəfər müəllim işə qəbul edilirsə, bir neçə ildən sonra həmin rəqəm təxminən 200-250 nəfər səviyyəsində formalaşa bilər".

Seçilən
9
azedu.az

1Mənbələr