Rostov vilayətində fəaliyyət göstərən və Cənubi Rusiyanın əsas neft məhsulları tədarükçüsü olan Novoşaxtinsk neft emalı zavodu 5-ci gündür yanır.
APA Rusiya “Telegram” kanallarına istinadən xəbər verir ki, Ukraynanın dron hücumuna məruz qalmış zavod avqustun 21-dən bəri yanır.
Yerli və qonşu bölgələrdən - Krasnodar diyarı, Kalmykiya, Volqoqrad vilayəti və Moskvadan gələn yanğınsöndürənlərin səylərinə baxmayaraq artıq 5-ci gündür ki, zavodda yanğını söndürmək mümkün olmayıb.
“CNN”-in məlumatına görə, avqust ayının əvvəlindən Rusiyanın ən azı 10 böyük enerji obyektinə, o cümlədən neft emalı zavodlarına dronlarla hücumlar edilib. Ən azı 4 zavod istehsalı dayandırıb.