AZ

Vaqif Sadıqov və Roman Vasilenko Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı əlaqələrin inkişafını müzakirə ediblər

Azərbaycanın Belçika və Aİ-dəki səfiri Vaqif Sadıqov Qazaxıstanın Brüssel, Aİ və NATO-dakı diplomatik missiyasının rəhbəri Roman Vasilenko ilə görüş keçirib, diplomatlar Bakı və Astana arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Bu barədə “Report” Vasilenkonun sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat verib.

Qazaxıstanlı diplomat "səmimi, həqiqətən qardaşcasına qəbul və məzmunlu söhbət"ə görə azərbaycanlı həmkarına minnətdarlığını bildirib.

Vasilenkonun sözlərinə görə, görüş zamanı diplomatlar Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) inkişaf perspektivlərini, Cənubi Qafqazdakı vəziyyəti, həmçinin Azərbaycan və Qazaxıstan arasında ticarət və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Seçilən
24
1
report.az

2Mənbələr