Ajans.az CNN-ə istinadən xəbər verir ki,ölkənin Reklam Standartları Təşkilatı bildirib ki, reklam tünd dərili modelin quru və qaşınan dəri problemi ilə göstərilməsi, ardınca isə məhsuldan istifadənin nəticəsinin açıq dərili model üzərində təqdim olunması səbəbindən şikayətlərə səbəb olub. Agentlik bu yanaşmanın tünd dərili insanlar haqqında mənfi stereotipləri gücləndirdiyini vurğulayıb. Sanex brendinin sahibi Colgate-Palmolive isə cavabında reklamın məqsədinin əksinə olaraq irqi ayrı-seçkilik yaratmaq deyil, müxtəlif dəri tonlarına malik modelləri nümayiş etdirməklə brendin universallığını vurğulamaq olduğunu açıqlayıb. Şirkətin bəyanatında deyilir:
“Reklam məhsulun bütün istehlakçılar üçün təsirli olduğunu göstərmək məqsədi daşıyırdı. ‘Əvvəlki-sonra’ konsepsiyası etnik və ya irqi müqayisə üçün deyil, universallığı ifadə etmək üçün istifadə olunmuşdu.” Qeyd edək ki, fevral ayında da İngiltərədə bir marka qamaş reklamı modelin həddindən artıq arıq görünməsi səbəbindən qadağan edilmişdi.