AZ

"Şuşa" heyətinə 4 oyunçu cəlb edərək loqosunu yenilədi

Yeni mövsümün hazırlığını davam etdirən “Şuşa” komandası heyətini bir neçə futzalçı qatıb.

Fanat.Az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Yüksək Liqa təmsilçisi “Neftçi” İK-dan ayrılan Namiq Məmmədkərimov və Adil İsmayılovla, eləcə də “Araz-Naxçıvan”ın da formasını geyinmiş qapıçı Azər Fərmanovla anlaşıb.

Ötən mövsüm “Yasamal Bakı”da çıxış etmiş Elçin Məmmədov da “Şuşa”nın uğurları üçün çalışacaq.

Klub həmçinin yeni mövsümə yeni loqo ilə başlayacaq.

Seçilən
7
2
fanat.az

3Mənbələr