“The American Conservative” jurnalının yazdığına görə, Dünya Bankı, Avropa Komissiyası, Birləşmiş Millətlər Təşkilatı və Ukrayna hökumətinin birgə hesabatında Ukraynada müharibədən sonrakı yenidənqurma xərclərinin təxminən 524 milyard dollar olacağı təxmin edilir. Bu yükün böyük hissəsinin Qərb ölkələri tərəfindən qarşılanacağı gözlənilir.
Ukraynanın baş naziri Denis Şmıqal bundan əvvəl bildirmişdi ki, yenidənqurma prosesi 500 milyard avroya başa gələcək və bu, Avropa şirkətlərinin investisiyaları hesabına maliyyələşdiriləcək.
Smıqal həmçinin vurğulayıb ki, Ukrayna təkcə iqtisadi imkanlar vasitəsilə deyil, həm də müharibə zamanı inkişaf etdirdiyi yeni texnologiyalar, dronlar və kibertəhlükəsizlik təcrübəsi vasitəsilə Avropaya töhfə verə bilər.
“Bloomberg Economics” ekspertləri hesab edirlər ki, təkcə Ukrayna infrastrukturun təmiri üçün təxminən 230 milyard dollar xərcləməli olacaq.
TAHİR