AZ

1991-ci ildən bəri Qazaxıstana təxminən 1,16 milyon etnik qazax qayıdıb

Astana, 25 avqust, AZƏRTAC

Bu il 8 051 etnik qazax tarixi vətəninə qayıdaraq kandas (xaricdən gələn etnik qazax) statusu alıb.

AZƏRTAC Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ümumilikdə 1991-ci ildən bəri 1 milyon 156,1 min etnik qazax respublikaya qayıdıb.

Cari ilin əvvəlindən Qazaxıstana qayıdan kandasların 44,2 faizi Özbəkistandan, 43,2 faizi Çin Xalq Respublikasından, 5 faizi Türkmənistandan, 2,7 faizi Monqolustandan, 2,4 faizi Rusiyadan, 2,5 faizi isə digər ölkələrdən gələnlərdir.

Bu etnik qazaxlar respublikanın müxtəlif bölgələrində məskunlaşıblar.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
13
2
azertag.az

3Mənbələr