AZ

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan neftin həcmi azalıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəqlolunan tranzit neftinin həcmi 13,924 milyon ton təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 543,8 min ton və ya 3,7% azdır.

Belə ki, 2024-cü ilin ilk 6 ayında BTC ilə 14,5 milyon ton neftnəql edilmişdi.

Ümumilikdə, hesabat dövründə neft boru kəməri nəqliyyatı iləcəmi yük daşımalarının həcmin 18,513 milyon ton olub. Bu isə bir iləvvəlki göstəriciyə nisbətən 725,6 min ton və yaxud 3,8% azalmademəkdir.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 kmGürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Borukəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci ilmayın 18-də boru kəmərinə neft yüklənib.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmişBTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz),AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).

Seçilən
24
az.trend.az

1Mənbələr