AZ

İsveçdə təhlükəsizlik qalmaqalı - Türkiyə danışıqları ilə bağlı dosya hava limanının tualetində unuduldu


İsveçin baş naziri Ulf Kristerssonun Türkiyə ilə NATO danışıqlarından sonra Stokholm Arlanda hava limanının ayaqyolunda unudulan rəsmi sənədlər gərgin müzakirələrə səbəb olub. Təmizlikçi tərəfindən tapılan dosyalarda diplomatik qeydlərin olması ilə bağlı iddialar ölkədə aktual mövzuya çevrilib.

İsveçin NATO-ya üzvlüyü prosesində məhdud tərkibdə keçirilən görüşlərin təfərrüatları indiyədək ictimaiyyətə açıqlanmamışdı. Kristerssonun 2022-ci ilin noyabrında Türkiyəyə səfərindən sonra yoxa çıxan dosya məhz bu görüşlərə aid olduğu iddia edilir.

Baş nazirliyin mətbuat xidməti dosyaların bir işçi tərəfindən ayaqyolunda unudulduğunu təsdiqləyib. Ancaq açıqlamada sənədlərin məxfilik dərəcəsinə aid edilmədiyi və heç bir təhlükəsizlik araşdırmasına ehtiyac olmadığı bildirilib.

“Dagens Nyheter” qəzeti isə iddia edib ki, dosyada xarici əlaqələr barədə sirr sayıla biləcək qeydlər var. Dosyada danışıqların qeydləri və diplomatik sənədlərin olduğu, lakin həssas kəşfiyyat məlumatlarının olmadığı bildirilir.

TAHİR

Seçilən
0
baki-xeber.com

1Mənbələr