"Araz-Naxçıvan" sıralarına daha bir futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev heyətə qatılıb.
Məlumatı klubun mətbuat xidməti yayıb. Coşqunla 1 illik müqavilə bağlanılıb.
Xatırladaq ki, Diniyevin əvvəlki iş yeri Türkiyə təmsilçisi "Çorum" idi. O, bir müddət öncə qardaş ölkə təmsilçisindən ayrılmışdı.