"İnter"in yarımmüdafiəçisi Kristian Aslani İtaliyanın digər klubu "Torino"ya transfer olunub.
QOL.az Turin klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, albaniyalı futbolçu icarə əsasında bu mövsümün sonuna qədər "Torino"da çıxış edəcək.
Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsüm "İnter"in heyətində 39 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə verib.